Ərdoğanın seçim mahnısı azərbaycanlı musiqiçinin ifası olacaq - VİDEO

12 Fevral 2019 22:11 (UTC+04:00)

Hərbi-vətənpərvərlik mahnıları ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib.

Şəmistan Əlizamanlının “Diriliş Ertuğrul” serialında məharətlə ifa etdiyi “Zəfər bismillah” mahnısı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki musiqisi seçilib.

Musiqini Türkiyə prezidenti və partiyanın lideri Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib. (modern.az)

AzNews.az