Artıq vətəndaşlara iki xarici pasport veriləcək
22 Aprel 2013 09:05 (UTC+04:00)
Türkiyə höküməti vətəndaşlara pasportların verilməsi sistemində yeniliklər edib. Belə ki, artıq ehtiyac olduğu təqdirdə vətəndaşlara iki xarici pasport veriləcək.
Məlumata əsasən, iki ədəd xaric pasport ilk olaraq xarici ölkələrə tez-tez səfər edən iş adamlarına veriləcək. Bu ehtiyac bir sıra ölkələr arasında olan siyasi problemlərdən yaranıb. Belə ki, İsrailə səfər edən sahibkarlar pasportlarında olan İsrail vizasına görə Səudiyyə Ərəbistanına viza ala bilmirdilər.
İkili pasport sisteminə keçidlə bağlı Türkiyə DİN-də müvafiq işlər həyata keçirilməyə başlanılıb. Belə ki, ikinci xarici pasport almaq istəyən vətəndaşlar yazılı şəkildə ərizə ilə Türkiyə DİN-ə müraciət etməlidirlər.
Xəyalə
AzNews.az