Azərbaycanda qızıl bahalaşdı

13 Fevral 2019 00:50 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Fevralın 12-də qızılın qiyməti fevralın 11-i ilə müqayisədə 4,4115 manat azalaraq 1 unsiya üçün 2224,382 manat təşkil edib.

Gümüş 0,0396 manat ucuzlaşaraq 1 unsiya üçün 26,7562 manata bərabər olub.

Platinin qiyməti 8,908 manat azalaraq 1340,348 manat, palladiumun qiyməti isə 15,215 manat artaraq 2371,5 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az