İşğalçı ordu daha bir əsgərini itirdi

13 Fevral 2019 09:32 (UTC+04:00)

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb.

Bu barədə erməni mətbuatı xəbər verir.

Məlumata görə, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb.

Hadisə ilə bağlı istintaq aparılır.

Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir.

Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb.(report.az)

AzNews.az