Ərdoğanı ağladan azərbaycanlı qız kimdir?
22 Aprel 2013 09:15 (UTC+04:00)
"Azərbaycanlı qız Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı kövrəltdi".
Bu gün bütün portallarda yer alan bu xəbər Azərbaycanda əks-səda doğurdu. Müracəti ilə dünya liderlərini sülhə, barışığa səsləyən təmsilçimiz kimdir?
Qeyd edək ki, Ayan Əsədzadə Azərbaycan Dövlət Musiqili Teatrının Yaradıcılıq Studiyasının rəqs kollektivinin üzvü, eyni zamanda Bakı Xoreoqrafiya Məktəbinin 4-cü sinif şagirdidir. Musiqili Teatrdan AzNews.az-a verilən məlumata görə, Ayan Əsədzadə bayram günlərində həmçinin, Cumhurbaşqanı Abdulla Gül, TRT rəhbərliyi vəTürkiyə Parlamentinin üzvləri ilə də görüşüb.
Xatırladaq ki, A.Əsədzadə Türkiyədə 35-ci dəfə keçirilən "TRT 23 Nisan Cocuk şənliyi"ndə baş nazir Rəcəp Tayyip Ərdoğanı çıxışı ilə ağladıb.
Bahar Rüstəmli
AzNews.az