Türk dünyasının böyük ozanı, Azərbaycanda “Ya Qarabağ, ya ölüm” mahnısı ilə tanınan Ozan Arif dünyasını dəyişib.
AzNews.az xəbər verir ki, bu barədə mərhumun oğlu məlumat verib. 69 yaşlı Ozan Arif müalicə aldığı Samsun On Doqquz Mayıs Universitetinin Tibb fakültəsində vəfat edib.
Mərhumun oğlu qeyd edib ki, atası fevralın 14-də Kıranköy məzarlığında dəfn olunacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az