Poçt bağlamalarını dronlar çatdıracaq

13 Fevral 2019 11:37 (UTC+04:00)

"Azərpoçt" MMC-nin saytının verdiyi məlumata görə, yaxın beş ildə ölkəni poçt dronlarının “hücumu” gözləyir.

Hazırda dronların bağlamaları ünvana çatdırmasının mümkün variantları sınaqdan keçirilir.

Hələlik dronlar çəkisi 10 kiloqramadək olan bağlamaları daşıya bilir.

Gələcəkdə texnologiyanın təkmilləşdiriləcəyi gözlənilir.

AzNews.az