Yaponiyaya kiber hücumlar artıb

13 Fevral 2019 11:49 (UTC+04:00)

Yaponiya polisi ölkədə internet üzərindən pis niyyətli kiber hücumların 2018-də artdığını bildirib.

Yaponiya Milli Polis Agentliyinin apardığı analizlərə görə, 2018-ci ildə gündəlik 2752 şübhəli təsirlər təsbit edilib.

2017-ci ildə bu rəqəm 893 olub. Yapon polisi və analitiklər başa vurduğumuz ildə saxtakarlıq və icazəsiz girişlə əlaqəli 9046 kiber cinayət cəhdini müəyyən edib.

Mütəxəssislər şübhəli fəaliyyətdə istifadə edilən və internet əlaqəsi yaradan “Miral” adlı virus proqramı ilə bağlı kompüter istifadəçilərinə xəbərdarlıq edib.(teleqraf.com)

AzNews.az