Həyat yoldaşı Anar Nağılbazın məktubunu qəbri üstə oxudu

13 Fevral 2019 11:55 (UTC+04:00)

ARB TV-nin “Show news” proqramına müraciət edən reper Anar Nağılbazın birinci həyat yoldaşı Anjelika Cəbiyeva mərhumun yazdığı məktubunu tapdığını deyib.

O, məktubu reperin qəbri üstündə oxuyub:

“Hər şeydən uzaqlaşıb məscidə gedib namaz qılacam. Ağıllı işlər görərək ailəmizi qoruyaq. Yoldaşım, ailəm mənimçün əzizdir. Bəli, mənim də səhvlərim olub. Yaşadığımız yaxşı günlərin eşqinə uşaqlarımız üçün, parlaq gələcək qurmaq naminə, hər nə olur olsun ailəmi, yoldaşımı heç kimə, heç nəyə dəyişməyəcəyəm. Keçmişdən ancaq yaxşıları xatırlayaq”.

AzNews.az