“Sonu SSRİ kimi olacaq” - Sorosdan şok iddia

13 Fevral 2019 12:34 (UTC+04:00)

Amerikalı milyarder Corc Soros “MarketWatch” saytı üçün yazdığı məqalədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərə müraciət edib.

O, Aİ üzvlərini şüursuz davranış və qərarlardan imtina etməyə çağırıb.

Böyük Britaniyanın Breksit prosesinə də əngəl olmağa çalışan Soros qeyd edib ki, Aİ üzvləri oyanıb özünə gəlməsə, ittifaq tarix səhnəsindən silinərək yox olacaq.

Aİ-nin sonunun 1991-ci ildə dağılan SSRİ kimi olacağını iddia edən milyarder yazır:

“Nə sadə vətəndaşlarımız, nə də siyasi liderlərimiz inqilabi bir dönəmdən keçdiyimizi və bunun xoşagəlməz nəticələrə gətirib çıxaracağını başa düşmürlər”.(teleqraf.com)

AzNews.az