At əti satan şəxs saxlanıldı

13 Fevral 2019 12:39 (UTC+04:00)

Bərdə rayonunda at ətinin satışı ilə məşğul olan şəxs tutulub.

AzNews.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at əti satışı ilə məşğul olan, 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu saxlanılıb. At başı kəsərkən tutulan şəxsdən 28 kq at əti müsadirə olunub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az