Məşhur futbolçuya qarşı 2 milyonluq araşdırma aparılır

13 Fevral 2019 12:41 (UTC+04:00)

Türkiyənin “İstanbul Başakşəhər” klubunun futbolçusu Emre Belözoğlu haqqında FETÖ araşdırması davam edir.

Mətin adlı gizli şahid tanınmış futbolçunun FETÖ üçün banklara 2 milyon türkiyə lirəsi köçürdüyünü bildirib.

Bundan sonra onun haqqında araşdırmalar daha da gücləndirilib. Hazırda futbolçunun bütün banklarda olan hesabları və köçürmələri yoxlanılır.(qafqazinfo.az)

AzNews.az