Gürcüstanın Azərbaycana nə qədər borcu var?

13 Fevral 2019 12:50 (UTC+04:00)

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Bu ilin yanvarın 31-nə olan məlumata əsasən, ötən ilin dekabr ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 466, 659 mln. dollar təşkil edir ki, bunun da 5 298, 575 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (324,807 mln. dollar), Fransa (253,317 mln. dollar) və Yaponiyadır (215,366 mln. dollar).

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 15,019 mln. dollar, 61,393 mln. dollar və 8,643 mln. dollar təşkil edib.(report.az)

AzNews.az