58 yaşlı kişi itkin düşdü

13 Fevral 2019 13:53 (UTC+04:00)

Hadisə yanvarın 25-də rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Bəhram Qurban oğlu Qurbanlı yaşadığı ünvandan çıxaraq Bakı şəhəri istiqamətinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsinə müraciət edilib, araşdırmalar aparılır.(report.az)

AzNews.az