Arvadını 11 yaşlı oğlunun gözü qarşısında öldürdü! - Dəhşətli cinayətin təfərrüatı

13 Fevral 2019 14:12 (UTC+04:00)

Nərimanov rayon Məhkəməsində arvadını 11 yaşlı oğlunun gözü qarşısında qətlə yetirən Həsənov Fazil Şahlar oğlunun istintaq müddətində həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb.

AzNews.az-ın məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə baxılan məhkəmə iclasında müstəntiqin vəsatəti təmin edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nayihəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Qətli törədən Fazil Həsənovun atası Şahlar Həsənovun sözlərinə görə, oğlu ailəsilə 7 aydır Bakıda kirayədə yaşayırmış. Bir gün öncə Fazil oğlu 11 yaşlı Eminlə kəndə gəlib. Hasardan tullanaraq evə daxil olan Fazil oğlu ilə üst evdə yatıb.

Səhər açılanda - saat 7-də meyvə bağına yeşik aparan atasına yaxınlaşaraq qardaşını soruşub: "Qardaşına tək onu deyib ki, eşidəcəksiniz, məndən xəbər bilin".

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Azər
AzNews.az