27 bıçaq zərbəsi ilə həyat yoldaşını öldürdü - "çox sevirəm" dedi

13 Fevral 2019 16:28 (UTC+04:00)

Türkiyənin Bursa şəhərində həyat yoldaşını 27 bıçaq zərbəsi ilə öldürən şəxs saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursada həyat yoldaşından 5 aydır ayrı yaşayan 30 yaşlı Emrah Yavuz uşaqlarını yuxusunda gördüyü üçün 27 yaşlı həyat yoldaşı Belma Yavuzun evinə gedib.

Aralarında düşən mübahisə zəminində həyat yoldaşını bıçaqlayan Emrah Yavuz hadisə yerindən qaçıb.

O, sonradan polis tərəfindən saxlanılıb.

Emrah izahatında “Qapını döydüm açmadı, balkondan girmək istədim evə. Məni görüb əlinə bıçaq aldı, üstümə gəldi. Əlindən bıçağı aldım, gerisini xatırlamıram. Mən həyat yoldaşımı çox sevirəm” deyib.

Nigar CƏFƏR

AzNews.az