Fransızlar Makronu sevmir

13 Fevral 2019 15:58 (UTC+04:00)

Fransada “Ifop-Fiducial” şirkəti ölkədə nazirlərdən tutmuş prezidentə qədər bütün vəzifəli şəxslərin reytinqini öyrənmək üçün sorğu aparıb.

“Le Figaro” nəşrinin xəbərinə görə, sorğuda iştirak edən respondentlərin 73%-i keçmiş ekologiya naziri Nikolya Yulonu bəyəndiklərini bildiriblər.

Eks-baş nazir Alen Jyuppe 56% səs, DİN rəhbəri Jan-İv Drian 49% səs toplayıb.

Respondentlərin yalnız 36%-i hazırki prezident Emmanuel Makronu bəyəndiklərini ifadə ediblər.(qafqazinfo.az)

AzNews.az