“Damdayatan Nizam”ın məşhur qızı 8 il 6 ay iş aldı

13 Fevral 2019 16:09 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ş. Səmədova məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. "Kubinka"nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.

Burada hamı onları "Damdayatan Nizam"ın qızları çağırırlar. Onların atası Nizam Quliyev də keçmişdə narkotik alverçisi olub və hazırda həyatda deyil. Narkotik alveri peşəsi bu qızlara babalarından qalıb. Nizam Quliyevin atası da məşhur narkotacir imiş. Nizam Quliyev narkotikləri satmaqla yanaşı, həm də onu qəbul edirmiş. Narkotikləri qəbul edəndən sonra o, yay aylarında sərin olan dama yatmağa gedirmiş. Elə "Damdayatan" ləqəbi də burdan yaranıb.

Qızların nənələri Məsmə Quliyeva da narkotik ticarəti ilə məşğul olub. Bu prosesə Məsmə Quliyevanın Əli adlı kürəkəni (qızının əri) və Şəms Səmədovanın əri Azər Səmədov da qoşulub. Onlar malı Lənkərandan və digər rayonlardan gətirirmişlər.

Azər
AzNews.az