“Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlər...” - Zərif

13 Fevral 2019 16:10 (UTC+04:00)

“İran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparmağa, münasibətləri normallaşdırmağa hazırdır”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.

Onun sözlərinə görə, İran Rusiya, Türkiyə, Pakistan, İraq və bir sıra körfəz ölkələri ilə əməkdaşlığı inkişaf etdirir.

ABŞ-İran münasibətlərindən danışan nazir deyib: “Amerikalılar bizə həmişə belə bir sualla müraciət edirlər: "İran bölgədə nə edir?" Cavab olaraq, bildirirəm ki, İran əhalisi amerikalılaradan fərqli olaraq, bölgənin bir hissəsidir”.(report.az)

AzNews.az