Əri toya buraxmadı, hirsindən 3 uşağını qətlə yetirdi

13 Fevral 2019 17:19 (UTC+04:00)

Türkiyənin Adana şəhərində 3 uşağını qətlə yetirən ananın cinayət işi yekunlaşıb.

AzNews.az xəbər verir ki, 3 yaşlı oğlu Mahmutu, 7 yaşlı qızı Semanuru və 9 yaşlı Mehmet Emini bıçaqlayaraq öldürən qəddar ana Selma C. qəsdən adam öldürmə cinayətindən ittiham edilib.

2008-ci ildə ailə quran Selma C.nin həyat yoldaşı ilə tez-tez mübahisə etdiyi məlum olub.

Elə dəhşətli hadisə də toya getmək üstündə düşən mübahisədən sonra yaşanıb.

Qadın Qaziantepdəki qohumunun toyuna getmək istəyib.

Övladlarını öldürən qadın daha sonra intihara cəhd edib.

Aynur

AzNews.az