İş yerində xəsarət alan fəhlənin ayağı kəsildi

13 Fevral 2019 17:18 (UTC+04:00)

Qubada suvarma suyu üçün artezian qazan fəhlə xəstəxanaya yerləşdirilib.

Quba rayonunun İqriq kəndində suvarma suyu üçün artezian quyusu qazan zaman briqadanın fələsi, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Mirəyyub Nəzərovun sağ ayağı trosun arasında qalaraq diz nahiyəsindən kəsilib.

Yaralı dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyat edilən M.Nəzorovun sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az