Qonaq tərəfindən öpüldü - həyatı kabusa döndü

13 Fevral 2019 17:44 (UTC+04:00)

Türkiyənin Ankara şəhərində 40 günlük qız uşağı öpülərək xəstəliyə yoluxub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada Bilnur və Metin Aydın cütlüyünün 3-cü uşaqları Ercin Aydın evə gələn qonaq tərəfindən öpülərək xəstəliyə yoluxub.

Uşaq "pnevmakok" virusunun yol açdığı meningit və "serebral palsi" xəstəliyinə tutulub.

Ercin Aydının hal-hazırda 9 yaşı var. O, əlillik həyatı yaşayır.

Nigar CƏFƏR

AzNews.az