UEFA "Mançester Yunayted" - PSJ matçı ilə bağlı intizam işi açdı

13 Fevral 2019 20:03 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa) matçı ilə bağlı intizam işi açıb.

İngiltərə təmsilçisinin azarkeşləri sözügedən qarşılaşmada tribunaları bloklayıb və meydana yad əşyalar atıblar.

Paris klubunun fanatları isə meydana əşyalar atmaqla yanaşı, görüşdə pirotexniki vasitələrdən istifadə etməkdə və iğtişaşlar yaratmaqda ittiham olunur.

Bu məsələ ilə bağlı qərar fevralın 28-də açıqlanacaq.

Qeyd edək ki, matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu martın 6-da keçiriləcək.

AzNews.az