Ukrayna MDB nəzdində iqtisadi komissiya haqqında sazişdən çıxdı

13 Fevral 2019 20:30 (UTC+04:00)

Ukrayna hökuməti birtərəfli qaydada MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası nəzdində Məsləhətverici İqtisadi İşçi Komissiyasının yaradılmasına dair sazişdən çıxıb.

Bu, ölkənin Nazirlər Kabinetinin fevralın 13-də keçirilən iclasında baş verib.

Saziş 1992-ci il oktyabrın 9-da Bişkekdə imzalanıb və tərəfləri kimi Ukrayna, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan çıxış edib.

Qeyd olunub ki, sənəd dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın inkişafı üçün təkliflərin hazırlanması, habelə təsərrüfatın konkret sahələri üzrə çoxtərəfli həllərin həyata keçirilməsi məqsədilə imzalanıb. (report)

AzNews.az