İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatdı - YENİLƏNİB

13 Fevral 2019 22:57 (UTC+04:00)

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun (İİKK) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Bu barədə "Fars News" məlumat yayıb.

"Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb", - deyə məlumatda bildirilir.

***

21:21

İranın cənub-şərqindəki Sistan və Bəloçistan ostanı ərazisində İslam İnqilabı Keşikçilərinin hərbi hissəsinə bombalı hücum olub, 20 hərbçi ölüb, 20 nəfər isə yaralanıb.

Hələlik bu hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib.

Tiryək qaçaqmalçılığının mühüm mərkəzlərindən olan sözügedən bölgədə təhlükəsizlik qüvvələrilə bəloçi separatçı dəstələri arasında mütəmadi toqquşmaların baş verdiyi bildirilir. (report)

AzNews.az