Goranboyda qadını avtomobil vurdu

13 Fevral 2019 21:35 (UTC+04:00)

Goranboy rayonunda piyadanı avtomobil vurub.

Hadisə rayonun Qızılhacılı kənd yolunda qeydə alınıb.

Qadın piyada yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub. Sürücü daha sonra hadisə yerindən uzaqlaşıb. Yaralı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az