Argentinada etiraz aksiyası başladı

13 Fevral 2019 22:05 (UTC+04:00)

Buenos-Ayresdə minlərlə insan aclıq və tariflərin qalxması əleyhinə etiraz yürüşünə çıxıb.

Yürüş təşkilatçısı Argentina Sosial Hərəkatıdır. Paytaxtın müxtəlif hissələrində toplanan aksiyaçılar mərkəzə doğru hərəkət ediblər. Etirazçılar artan tariflər fonunda əmək haqqının qaldırılmasını tələb edirlər.

Mitinq səbəbindən Argentinanın paytaxtında əsas magistral yollardan biri bağlanıb. (qafqazinfo)

AzNews.az