Goranboyda 8 yaşlı uşağı maşın vurdu

13 Fevral 2019 22:20 (UTC+04:00)

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Qızılhacılı kəndində 8 yaşlı R.Məmmədovu avtomobil vurub.

Yaralı, sürücü tərəfindən xəstəxanaya aparılıb. Tibbi yardım göstərilən uşağın vəziyyəti hazırda normaldır.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az