Prezidenti tənqid edən jurnalist həbs olundu

13 Fevral 2019 22:46 (UTC+04:00)

Filippinli jurnalist Mariya Ressa prezident Rodriqe Duterteni dəfələrlə tənqid etdiyinə görə həbs olunub.

Jurnalist Maniladakı ofisində tutulub. Onu “kiber-böhtan”da ittiham ediblər. Ressanın “Rappler” saytı isə vergi yayınması ittihamı ilə bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb.

2018-ci ildə “Time” jurnalı tərəfindən “İlin adamı” elan olunan Mariya ofisini Milli Tədqiqatlar Bürosunun agentlərinin müşayiəti ilə tərk edib. (qafqazinfo)

AzNews.az