“Toyota” ilə “Mercedes” toqquşdu - Meyiti maşından güclə çıxardılar...

14 Fevral 2019 09:27 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Qasbinə kəndində qeydə alınıb.

“Toyota” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlu dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin köməkliyi nəticəsində minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Alqayev Samir Nürəddin oğlunun meyiti nəqliyyat vasitəsindən çıxarılıb.

AzNews.az