Papa Neapola gedəcək

14 Fevral 2019 09:33 (UTC+04:00)

Roma Papası Fransisk iyunun 21-də İtaliyanın 3-cü böyük şəhəri sayılan Neapola səfər edəcək.

İtaliyanın “napolitoday.it” saytı xəbər verir ki, bu barədə Neapolun baş yepiskopu məlumat yayıb.

Papa Neapolda ilahiyyat mövzusunda keçiriləcək tədbirdə çıxış edəcək. Vatikanın mətbuat xidmətinin verdiyi məlumata görə, Papa Frensisk tədbirdə Aralıq dənizi ölkələri üzrə ilahiyyatın tədrisindən danışacaq.(AZƏRTAC)

AzNews.az