Rüstəm İbrahimbəyov özünü tankın altına atıb?

22 Aprel 2013 10:40 (UTC+04:00)


Mətbuatda Millli Şuraya dair ölkənin 3 ciddi qurumunun – "EL" Hərəkatı, AXCP və Müsavat Partiyasının rəhbərləri arasında gedən danışıqların uğurla başa çatması haqda məlumatlar yayılıb. Həmin məlumatda bildirilir ki, prezident seçkilərində vahid namizədi kimi Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənib.

Ziyalılar Forumunun və "EL" hərəkatının təsisçi üzvü Eldəniz Quliyev AzNews.az-a açıqlamasında bildirdi ki, Milli Şuranın sədrinin Rüstəm İbrahimbəyov olması arzuediləndir:

"Bu Rüstəm İbrahimbəyovdan daha çox siyasi partiyaların, demokratik düşərgənin, ziyalıların özü üçün lazımdır. Rüstəm İbrahimbəyov Milli Şuranın sədri olmaqda bircə məqsəd güdür- o da demokratik düşərgənin birləşmə modelinin alınması. Bu günə kimi "Birləşək, birləşək" deyib parçalanan bu demokratik düşərgəni bir araya gətirməyin özü böyük fədakarlıqdır. O ki qaldı, Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsinə bu həqiqətə uyğun deyil. Rüstəm İbrahimbəyovun heç vaxt siyasi ambisiyası olmayıb. Özü də bunu dəfələrlə qeyd edib. Güman ki, bundan sonra da olmayacaq. Onun ən böyük ambisiyası Azərbaycanı Tunisə, Suriyaya və digər vətəndaş qarşıdurması yaşayan ölkələrə oxşamamasıdır. O, bunun üçün çalışır. Rüstəm İbrahimbəyov əslində, özünü tankın altına atır".

Bahar Rüstəmli
AzNews.az