Türkiyədə 24 PKK-çı saxlanıldı

14 Fevral 2019 10:34 (UTC+04:00)

Türkiyənin Adana şəhərində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

“Anadolu” agentliyinin xəbərinə görə, Adana Terrorla Mübarizə İdarəsi əməkdaşlarının 38 ünvanda apardığı əməliyyat çərçivəsində 24 şübhəli saxlanılıb.(qafqazinfo.az)

AzNews.az