Yanacaqdoldurma məntəqəsindəki bankomatı yarmaq istədi

14 Fevral 2019 11:04 (UTC+04:00)

Bakıda oğurluğa cəhddə təqsirləndirilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az