ABŞ və Çin arasında razılaşma təxirə salınır?

14 Fevral 2019 12:23 (UTC+04:00)

BŞ Prezidenti Donald Tramp ticarət məsələləri ilə bağlı Pekinə razılıq əldə edilməsi üçün daha 60 gün ayıra bilər.

Bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Pekində fevralın 14-15-də Çin və ABŞ arasında ticarət razılaşması üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Qeyd edək ki, dövlət başçılarının ötən ilin dekabr ayında Buenos-Ayresdə G20 sammiti çərçivəsində baş tutan əvvəlki görüşü bir sıra razılaşmaların əldə olunmasına imkan yaradıb. Vaşinqton Çin mallarına rüsumların artırılmasını təxirə salıb, Pekin isə ABŞ-dan idxalı artırıb. Dövlət başçılarının əldə etdikləri razılığa əsasən, Çin tərəfi ABŞ-ın Çin ilə ticarətdəki kəsirini azaltmaq məqsədilə Amerika mallarının alış həcmini artıracaq. Tərəflərin ticarət sazişi imzalanmasına dair öhdəlik götürdüyü müddət bu il martın 1-də başa çatır.(report.az)

AzNews.az