Son 10 ildə 6 min iranlı cinsiyyətini dəyişib

14 Fevral 2019 12:31 (UTC+04:00)

Bunu İranın Şərq qəzetinə açıqlama verən İran Cinsi problemlərdən əziyyət çəkən xəstələrə dəstək Cəmiyyətinin sədri Fərşid Məsudi deyib.

Məsudinin sözlərinə görə, dünya statistikalarında da fərqli rəqəmlər var.

O əlavə edib ki, İranın 80 milyonluq əhalisini nəzərə aldıqda, ölkədə 24 min transseksualın olduğunu təxmin etmək olar.

Qeyd edək ki, 1981-ci ildə İranın ali dini lideri Ayətulla Xomeyni cinsiyyətin dəyişilməsi ilə cərrahiyyə əməliyyatı haqda fitva verib.

2012-ci ildə təsdiqlənən Ailəyə Dəstək qanununa əsasən İranda cinsiyyəti dəyişmək üçün Ailə Məhkəməsinə müraciət edilməlidir.(trend.az)

AzNews.az