Keçmiş həyat yoldaşını öldürən şəxs yaxalandı

14 Fevral 2019 12:42 (UTC+04:00)

Türkiyənin Tokat şəhərində keçmiş həyat yoldaşını öldürən şəxs meşədə yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 40 yaşlı G.Muarrem 1 il əvvəl boşandığı 28 yaşlı Alev Yıldırımı qaçıraraq ov tüfəngi ilə öldürüb, Çimengöz adlı əraziyə atıb.

Hadisə yerinə gələn polislər Muarremin axtarışına başlayıb. Alev Yıldırımın qaçırıldığı avtomobil Erbaa kəndində sahibsiz tapılıb.

Polis G.Muarremi meşə ərazisində yaxalayıb.

Qeyd edək ki, Alev Yıldırım və G.Muarremin iki uşağı var.

Nigar CƏFƏR

AzNews.az