Astara sakini silah və narkotiklə saxlanıldı

14 Fevral 2019 12:49 (UTC+04:00)

Astara rayonunda üzərində narkotik maddə və odlu silah gəzdirən şəxs tutulub.

AzNews.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

AzNews.az