Keçmiş məhkum “iPhone7”ni necə ələ keçirdi?

14 Fevral 2019 12:53 (UTC+04:00)

Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “iPhone7” markalı mobil telefonunu əlindən alıb.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Səfərov saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub.

AzNews.az