ABŞ qırıcıları Liviyanı bombaladı

14 Fevral 2019 13:14 (UTC+04:00)

ABŞ bu addımı Liviyada beynəlxalq aləmin tanıdığı legitim Milli Müqavimət Hökuməti ilə işbirliyi çərçivəsində atıb.

Məqsəd “Əl-Qaidə”nin hədəflərini məhv etmək olub.

Milli Müqavimət Hökumətinin sözçüsü Məhəmməd Sallaq faktı təsdiqləyib.

O deyib ki, bu, iki dövlətin ortaq əməliyyatıdır. Onun sözlərinə görə, ötən həftə ABŞ Dövlət katibi Pompeo ilə Milli Müqavimət Hökumətinin xarici işlər naziri Məhəmməd Sayala İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısında bu haqda müzakirələr aparıb.(teleqraf.com)

AzNews.az