Elmar Məmmədyarov Almaniyaya getdi

14 Fevral 2019 13:55 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məqsəd bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

AzNews.az