Ərdoğanla Ruhani Soçidə görüşdü

14 Fevral 2019 14:25 (UTC+04:00)

Rusiyanın Soçi şəhərində Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla Həsən Ruhani arasında görüş keçirilir.

“Milliyet”in xəbərinə görə, görüş mətbuata qapalı keçirilir.

Qeyd edək ki, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin də qatılacağı üçtərəfli görüş keçiriləcək.

Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.(qafqazinfo.az)

AzNews.az