İranda bir sutkada ikinci terror - Ölən var

14 Fevral 2019 16:50 (UTC+04:00)

İranın Sistan və Bəlucistan əyalətində polislə naməlum şəxslər arasında silahlı qarşıdurma olub.

Hadisə nəticəsində 1 nəfər həlak olub.

Əlavə edək ki, fevralın 13-də axşam saatlarında Sistan-Bəlucistan əyalətində daha bir silahlı olay yaşanıb.

“Sepah”ın sərhəd qüvvələrini daşıyan avtobusa qarşı silahlı hücum nəticəsində 27 “Sepah”çı həlak olub, 13-ü isə ağır yaralanıb.(teleqraf.com)

AzNews.az