Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri İtaliya səfiri ilə görüşdü

14 Fevral 2019 18:11 (UTC+04:00)

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüşüb.

Bu barədə icma rəhbəri özünün "Facebook" səhifəsində yazıb.

Görüşdə həmçinin İcmanın İdarə Heyətinin üzvü Samirə Hüseynova da iştirak edib. (report)

AzNews.az