Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə - YENİ TƏYİNAT

14 Fevral 2019 19:22 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də fərman imzalayıb.

Fərmanla Nicat Fəxrəddin oğlu Babayev Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Qeyd edək ki, N.Babayev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. (report)

AzNews.az