İspaniyanın məşhur klubu baş məşqçisi ilə müqaviləsini yenilədi

14 Fevral 2019 20:22 (UTC+04:00)

İspaniyanın "Atletiko"(Madrid) klubu baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.

49 yaşlı mütəxəssislə 2022-ci ilə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Argentinalı məşqçinin müqaviləsi 2020-ci ilin iyun ayına kimi mövcud idi.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İspaniya çempionu, İspaniya Super Kuboku, iki dəfə Avropa Liqasını, iki dəfə isə UEFA Super Kubokunun qalibi olub. (report)

AzNews.az