Suriyaya dair növbəti zirvə görüşü Türkiyədə keçirilə bilər

14 Fevral 2019 21:00 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətə dair növbəti zirvə görüşünü Türkiyədə keçirmək təklifini irəli sürüb.

Bu barədə R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı bildirib.

“Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”, - Türkiyə Prezidenti qeyd edib. (report)

AzNews.az