Qaşıqçı cinayətində daha bir detal - Bişməmiş ət sifariş olunub

14 Fevral 2019 22:10 (UTC+04:00)

İstanbulda səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçını qətlə yetirən komanda cinayətin ardından konsulluq binasına 32 porsiya bişməmiş ət sifariş edib.

İstanbul Təhlükəszilik Müdirliyi hazırladığı 1 illik hesabatda dəlillərin konsulluq binasında yerləşən təndirdə yandırılaraq yox edildiyi bildirilir:

“Binanın ərazisində 3 quyu var. 2-si su quyusudur, biri isə DNT nümunələrini belə məhv edə biləcək temperaturu olan təndirdir. Qaşıqçını öldürdükdən sonra 32 porsiya bişməmiş ət sifariş edilib. İstər-istəməz ağıla belə sual gəlir: Təndirdə ət bişirmək əvvəlcədən hazırlanan planın bir hissəsiydi? Əlbəttə, bu suallar bir gün aydınlanacaq”. (qafqazinfo)

AzNews.az