Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Rusiyaya casusluqda ittiham olunur

14 Fevral 2019 22:38 (UTC+04:00)

Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Klement van de Vord müvəqqəti olaraq vəzifəsindən azad edilib.

Mayor Rusiyanın xeyrinə məxfiliyin pozulmasında şübhəli bilinir.

Van de Vordun ADIV-dəki (Baş İnformasiya və Təhlükəsizlik Xidməti) ofisinin hələ yanvarın sonunda möhürləndiyini, özünün isə ev dustağı edildiyi bildirilir.

Əks-kəşfiyyatın rəhbərinin Rusiya ilə mümkün əlaqəsi barədə təfərrüatlar açıqlanmır. (trend)

AzNews.az