Konqoda 137 uşaq qızılcadan dünyasını dəyişdi

14 Fevral 2019 23:31 (UTC+04:00)

Konqo Demokratik Respublikasında ilin əvvəlindən indiyədək 137 uşaq qızılca xəstəliyindən dünyasını dəyişib.

BMT-nin Sabitlik Missiyasının (MONUSCO) hesabatında ölkənin Lualaba və Lomami bölgələrində xəstəliyin yayılmasının davam etdiyi bildirilib.

Ümumilikdə 7 min 175 nəfər qızılcaya yoluxub. Ölən 137 uşaqdan əksəriyyəti 5 yaşadək olan körpələrdir. Mütəxəssislər xəstəliyin yayılmasını peyvənd çatışmazlığı və zəif qidalanma ilə əlaqələndirirlər. (qafqazinfo)

AzNews.az